aktau

Rusiya, Qazaxıstan, İran və Türkmənistan 2024-2025-ci illər üçün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensial sinxron inkişafı üzrə yol xəritəsi imzalayıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülük qabiliyyətini ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq”, – departament qeyd edib.

Sənəd Aktauda keçirilən birinci Şimal-Cənub nəqliyyat ticarət və ixrac forumunda imzalanıb.

Paylaş: