DİQQƏT: Bakının bu rayonlarında su olmayacaq

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.