Diplomatlar Laçın postunda: Nə baş verir? – FOTO

Ermənistanda akkreditə olmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər Laçın postuna gəliblər.

Globalinfo.az xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və Sünik (Zəngəzur) qubernatoru da onlarla birlikdədir.

Səfir və nümayəndələr Laçın postundan keçmək üçün gözləyən yük maşınlarının yanında dayanaraq Laçın postundakı vəziyyəti izləyiblər. Onların hazırda ərazidə olduğu bildirilir.

Qeyd edək ki, separatçılar TIR-ların keçməsi üçün artıq saatlardır rəsmi Bakıdan və rus sülhməramlılardan cavab ala bilmədiklərini deyirlər.

Ayşən Mustafa
Globalinfo.az