Ermənilər arasında xaos başladı: ağlasığmaz açıqlamalar

 

Laçın yolunun ekoloqlar tərəfindən bağlanması ermənilər arasında bölünmələri sürətləndirib.

Globalinfo.az xəbər verir ki, xüsusilə İrəvanın hakimiyyət dairələrinə yaxın olan şəxslər bölgədən Rusiya sülhməramlılarının çıxarılmasına çağırış etməyə başlayıblar.

Dünən axşam saatlarında Xankəndidə keçirilən mitinqdə də erməni müxalif siyasətçi Tiqran Petrosyan sülhməramlıların beynəlxalq missiya ilə əvəz edilməsinə çağırış edib. Maraqlı məqam isə Petrosyanın belə çıxışına Paşinyan administrasiyasına yaxın bir sıra KİV orqanları tərəfindən aktiv dəstəyin verilməsi olub.

Digər “maraqlı” və ağlasığmaz təklif isə erməni müxalif politoloq Stepan Daniyelyandan gəlib. O bildirib ki, hakimiyyət baş verənlərə görə ABŞ prezidentinə müraciət etməlidir. Daniyelyanın məntiqinə görə, Baydenə müraciəti zamanı Paşinyan ondan dəqiq mövqe nümayiş etdirməsini tələb etməli, əks təqdirdə İranla Zəngəzurda genişmiqyaslı hərbi təlimlərə başlamalıdır.

Müxalifət isə Paşinyanı yanlış siyasət yürütməkdə ittiham edib. Onların fikrincə, baş verənlər məhz Paşinyanın sülh gündəminin nəticəsidir, bu isə bölgədə Rusiyanın təsirini azaltmağa yönəlib.

Turan Rzayev
Globalinfo.az