Deputatlar Kiyevdə iftar açdılar – FOTO

Ukraynanın Kiyev şəhərində deputatlar bir süfrə arxasında iftar ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev məlumat verib.

O, qeyd edib ki, iftarda azərbaycanlı millət vəkilləri ilə yanaşı Ukrayna deputatları da iştirak edib.

“Deputat həmkarlarım Rüfət Quliyev, Kamran Bayramov və Azərbaycan diasporunun nümayəndələri ilə iftar süfrəsində görüşdük. Ukrayna deputatları da iştirak etdi”, – deyə R.Nurullayev qeyd edib.