Deputat: “Kişilər elm sahəsinə maraq göstərmir, maaş artırılmalıdır”

 

 

“Müəllimlərin maddi vəziyyətinin yaxşılışdırılması istiqamətində addımlar atmalıdır”. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ceyhun Məmmədov bildirib.

“Azərbaycanda universitet müəllimlərinin əməkhaqlarında fərqlər var. Bəzi universitetlərinin müəllimlərinin əməkhaqqı yüksək, digər universitetlərdə isə 2-3 dəfə aşağıdır. Müəllimlərin maddi vəziyyətinin yaxşılışdırılması istiqamətində addımlar atmalıdır. Tələbələrin təqaüdlərinin artırılması məsələsi də gündəmdə olmalıdır”, – deyə deputat qeyd edib.

Ceyhun Məmmədov bildirib ki, təhsil sahəsində müşayiət olunan tendensiyalardan biri kişilərin elm sahəsinə maraq göstərməməsidir: “Onlar daha çox özəl sahəyə maraq göstərirlər. Bu baxımdan burada maaşların artırılması önəmli məsələlərdəndir”.