Deputat: “İrəvan Qarabağdakı erməniləri zəhərləmək istəyir”

“Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Bakı öz ərazisində məskunlaşan insanların sağlamlğına zərər vuracaq addımlara yol verməyəcək:

Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümimdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar. Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhəddinə bizim TIR-lar düzülüş etməlidir. “Naxçıvana humanitar yardım üçün yol verin!” tələbini aktuallaşdırmalıyıq”.
“Bu arada xatırladım ki, ilin əvvəlində təklif etmişdim ki, Naxçıvanda da blokadanın götürülməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı mitinqlər keçirilməli və Azərbaycanda akkreditasiya olunmuş səfırlər, beynəlxalq təşkilatlar ora dəvət olunmalıdırlar. Vaxtında atılmayan addımlar, diqqətsiz qalan faydalı təkliflər haqlı mövqelərimizi günbəgün zəiflədə bilər”-deyə, F.Mustafa qeyd edib.

Malik Liftiyev
Globalinfo.az