Suriya Prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, – məlumatda bildirilib.
Mənbələrin ilkin versiyasına görə, Bəşər Əsəd İrana qaçıb. Hələlik bu barədə rəsmi açıqlama yoxdur.