Məşhur türk serialının çəkilişi zamanı bədbəxt hadisə: Baş qəhrəman yaralandı

deha

Türkiyənin məşhur “Deha” serialının çəkiliş meydançasında bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çəkiliş zamanı aktyor Aras Bulut İynemli topuğundan zədə alıb.

İynemli təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Qeyd edək ki, “Ay Yapım” istehsalı olan “Deha” serialının baş rolu Devranı Aras Bulut İynemli canlandırır. Aktyor daha öncə “Çukur”, “İçeride”, “Maral”, “Atatürk” kimi baxımlı seriallarda rol alıb.

Screenshot 844