WhatsApp Image 2026 04 10 at 10.39.27

VaşinqtonTehran arasında danışıqlar uğursuz olarsa, ABŞ İslam Respublikası ərazisinə xüsusi təyinatlı qüvvələrini (XTQ) desant kimi göndərə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə deyib.

“Burada iki seçim var. Ya İrana desant çıxarıb əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz işlərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik”, – o bildirib.

Tramp qeyd edib ki, hazırkı İsrail-İran gərginliyi VaşinqtonTehran arasındakı danışıqlar prosesinə təsir göstərməməlidir.

“Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq”, – Ağ Evin rəhbəri əlavə edib.

Paylaş: