Baki Biskek 11

AzərbaycanQırğızıstan arasındakı ikitərəfli münasibətlər üst səviyyədədir. İki ölkənin inteqrasiyası üçün tarixi zəmin formalaşıb. Bakı-Bişkek müttəfiqliyi daha da möhkəmlənməlidir”.

Bu sözləri Globalinfo.az-a Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov Prezident İlham Əliyevin Qırğızıstana səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, Qırğızıstanla Azərbaycan artıq müttəfiq ölkələrdir:

“Dünən Qırğızıstan prezidentinin xanımı ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı qarşılaması ölkəmizə, dövlət başçımıza böyük diqqətin göstəricisidir.

Bundan başqa, hökumətlərarası müşavirə də keçirildi. Nəticə etibarilə orada iki lider dövlətlərarası inkişaf dinamikasından bəhs etdi. Ümumiyyətlə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə məşvərət şurasında iştirakı uğurla davam edir”.

Politoloq qeyd edib ki, Azərbaycan Mərkəzi Asiyaya aid edilməsə də, biz bu regionun proseslərindən kənarda qalmırıq və siyasi proseslərində fəal iştirak edirik:

Dünya dəyişir, bir sıra geosiyasi və geoiqtisadi çağırışlar yaranır. Türk dövlətləri prosesin fərqindədir və buna görə də birliyə can atır. Dövlət təhlükəsizliyinin əsas qarantlarından biri də belə əməkdaşlıqlardır.

Azərbaycanla türk dövlətləri arasında gördüyümüz proseslər hələ baş verənlərin kiçik hissəsidir. Daha ciddi proseslər gedir və türk ölkələri inteqrasiya yolunu tutub. Azərbaycan Prezidenti İlham Əliyev bu prosesdə çox böyük işlər görür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: