Daha bir ölkədə TikTok qadağan edildi

Qırğızıstanın bir sıra mobil operatorları və internet provayderlərinin ölkədə “TikTok” sosial şəbəkəsinə çıxışı məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, provayderlərə müvafiq tələblə məktublar göndərdikdən sonra operatorlar və provayderlər platformaya girişi məhdudlaşdırmağa başlayıblar.

Bildirilib ki, bir sıra təşkilatlardan uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayı artıb.