photo 7434

Cənubi Koreya Prezidenti Yun Sok Yel hökuməti Şimali Koreyadan gözlənilən təxribatlara və hibrid müharibəyə hazırlaşmağa çağırıb. 

Globalinfo.az xəbər verir ki, o, bunu hökumətin iclasında deyib.

Prezident rəsmi Pxenyanın ölkədə gücün və təbliğatın köməyi ilə sosial qeyri-stabillik yarada biləcəyini qeyd edib:

“Biz gərək ölkənin parçalanmasının qarşısını alacaq və insanların müqavimət üçün qətiyyətini artıracaq metodlar tapaq”.

Qeyd edək ki, bu gündən Cənubi Koreya və ABŞ arasında hərbi təlimlərə start verilib. Şimali Koreya təlimləri aqressiyaya hazırlıq kimi dəyərləndirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: