“Qərb Serbiya Prezidenti Aleksandr Vuçiçə Haaqada ölən eks-prezident Slobodan Miloşeviç ilə eyni ssenarini hazırlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Rusiya Xarici İşlər Nazirliyi aydın şəkildə açıqladı ki, bu etirazlar rəngli inqilabların başlanması üçün platformadır və yekunda mövcud hökumət devrilməlidir. Məlumdur ki, çeviriliş təkcə hakimiyyətin dəyişməsi deyil, həm də fiziki məhvetmə deməkdir. Keçmiş rezident S.Miloşeviç devrildikdən sonra Haaqada öldü. Bu ssenarini Aleksandr Vuçiç üçün də hazırlayırlar”, – o bildirib.
A.Vulin deyib ki, Slovakiyanın Baş naziri Robert Fiço və ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddən sonra təhlükədə olan Vuçiçdir. O, ölkənin neytral mövqe sərgiləməsinə qarşı çıxanların Serbiya prezidentinin həyatına təhdid yaratdığını bildirib.
Qeyd edək ki, Serbiya prezidenti keçən həftə Moskvadan ölkədə çevrilişin hazırlandığına dair xəbərdarlıq aldığını bildirib. A.Vuçiç bunu ölkədə genişlənən litium hasilatına etirazlar fonunda açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az