Daha bir klubumuz Türkiyə komandası ilə qarşılaşacaq

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” klubu yoxlama oyununda Superliqada çıxış edən “Sivasspor”la üz-üzə gələcək.

Globalinfo.az xəbər verir ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” iyulun 27-dəK Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.