sevim dagdelen

Almaniya hökuməti İsrailə silah tədarükünü genişləndirib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Almaniya parlamentinin deputatı Sevim Dağdələnə Almaniya Xarici İşlər Nazirliyindən veriblər.

Məlumata görə, İsrailə təkcə avqustda 94,05 milyon avroluq silah göndərilib. Bu nəzərdə tutulan göstəricidən iki dəfə çox olub.

Bununla belə Almaniyanın DPA agentliyi alman əhalisinin son sorğulara əsasən, İSrailə silah tədarükünə qarşı olduğunu bildirib. Ölkə əhalisinin 60%-i İsrailə silah verilməsinin dayandırılmasını istəyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: