Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Tel Əvivdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin qızıl medalını qazanıb. 

Globalinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev final görüşündə Almaniya təmsilçisi Maykl Korreli ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev bürünc medal qazanıb.

Bir qədər sonra finala vəsiqə qazanan digər cüdoçumuz Uşaqgi Kakauri də həlledici döyüşünü keçirəcək. Onun rəqibi Monqolustan təmsilçisidir.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.