COP29-a qatılması gözlənilən Mirzoyandan yeni açıqlama

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin üzərində daha konstruktiv şəkildə işləməyə başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

O, razılaşdırılmamış 1-2 maddə üzrə işin əvvəlkinə nisbətən daha intensiv şəkildə davam etdiyini bildirib:

“Biz ehtiyatlı və nikbin davranırıq. Danışıqlar əməkdaşlıq və konstruktiv mühitdə aparılır. Sülh müqaviləsini mətninin tam razılaşdırılmasına çox yaxınıq”.

Qeyd edək ki, bir müddət öncə Ermənistan KİV Ararat Mirzoyanın COP29-da iştirak üçün dəvət aldığını yazıb. Onun sammitə qatılmaq məqsədi ilə Bakıya səfərinin planlaşdırıldığı, amma sonra qərarın dəyişdirildiyi iddia edilir. Ermənistan hökumət rəsmiləri isə hələ də məsələ ilə bağlı yekun qərarın verilmədiyini bildirilər.

Əliyar Xəlil
Globalinfo.az