Çindən dünyanı qorxudan açıqlama: ABŞ dünya müharibəsinə hazırlaşır  

Qlobal müharibənin başlanma riskini dəyərləndirmək üçün ABŞ-ın müdafiə xərclərinə nəzər yetirmək kifayətdir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Çinin “Qlobal Tayms” qəzeti çıxış edib.

Qəzet ABŞ Prezidenti Cozef Baydenin ölkənin müdafiə xərclərini 842 milyard dollar miqdarında müəyyən etdiyini, bunun isə Çinin ümumi müdafiə büdcəsindən 4 dəfə çox olduğunu bildirib.

Vaşinqtonun bu xərclərinin böyük qisminin yeni hücum silahlarının işlənməsinə xərclənəcəyi vurğulanıb.

Məqalənin müəllifi Ağ Evin qlobal konfliktlərə yaxşı gəlir əldə etmək vasitəsi kimi baxdığını yazıb. O bunun ABŞ-ın böyük müharibəyə hazırlaşdığı mənasına gəldiyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az