3a66e45baf80a9a87ca4722611cfcc47c263f0565758624a489e6766ce559345

Çinin sənaye və informasiya texnologiyalar naziri Tszin Çjuanlun yoxa çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, xüsusilə süni intellekt sahəsini kurasiya edən nazir artıq 2 aydır ictimaiyyətdə görünmür. Əvvəllər hökumət qəbullarında iştirak edən Çjuanlun indi onlarda da gözə dəymir.

“South China Morning” qəzeti isə artıq nazirliyin saytında da Çjuanlun adının olmadığını bildirib. Belə ki, idarəyə yeni rəhbər kimi Lyaonin vilayətinin keçmiş qubernatoru Li Leçen göstərilib. Məlumata görə, nazir artıq vəzifədən tamamilə uzaqlaşdırılıb.

Qeyd edək ki, Çində bundan öncə də bənzər olaylar olub. 2023-cü ildə Çin müdafiə naziri Li Şanfu istefaya göndərilməzdən iki ay əvvəl ictimaiyyət arasında görünməyib. Az sonra onun korrupsiyada ittiham olunduğu bəlli olub. Bənzər formada xarici işlər naziri Tsin Qan da istefaya göndərilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: