1763202520 whatsapp image 2025 11 15 at 13.47.11

ABŞ Prezidenti Donald Tramp Çinin Kanadanı “uğurla və tamamilə ələ keçirdiyini” bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Ağ Ev rəhbəri Kanadanı “vaxtilə böyük ölkə” adlandıraraq baş verənləri kədərli hesab etdiyini bildirib.

“Bunun baş verdiyini görmək çox üzücüdür. Ümid edirəm ki, heç olmasa xokkeyə toxunmazlar”, – deyə Tramp yazıb.

ABŞ Prezidenti daha əvvəl də Kanadanın Baş naziri Mark Karninin ölkəsinin təhlükəsizliyinin təmin olunmasında Vaşinqtonun roluna baxmayaraq ABŞ-a minnətdarlıq göstərmədiyini iddia edib. Trampın sözlərinə görə, Kanada ABŞ sayəsində mövcuddur.

Bundan əlavə, Tramp Mark Karnini “qubernator” adlandırıb və Kanadanı 100 faiz ticarət rüsumları tətbiq etməklə hədələyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: