bayramov volker

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilatın insan hüquqları üzrə ali komissarı Volker Türk ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

Tərəflər Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlığın gündəliyini müzakirə edib, insan hüquqları, eləcə də münaqişədən sonrakı regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

 

Paylaş: