Çavuşoğlu Lavrovla görüşə gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 10-da Moskvaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri “24 TV” telekanalının efirində deyib.

“Biz Moskvadan rəsmi təsdiq aldıq. Mayın 10-da Moskvaya yola düşəcəyik. Səhər mənim S.Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz nazirlərin görüşündə iştirak edəcəyik (Rusiya, İran, Suriya və Türkiyə arasında Ankara və Dəməşq münasibətlərinin nizamlanmasına dair görüş -red.)”, – deyə nazir bildirib.