Çavuşoğlu Fransaya gedir – SƏBƏB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah, oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

XİN başçısı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak edəcək. İclasda Çavuşoğlu ilə yanaşı, AŞPA-nın digər keçmiş rəhbərləri də iştirak edəcək.

Toplantıda Avropanın gələcəyi və Avropa Şurasının perspektivləri müakirə olunacaq.