Ermənistanın müdafiə naziri: “İtkilərimiz çoxdur”

“Bizim səylərimizə baxmayaraq, Ermənistan ordusunda ölüm halları davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

O bildirib ki, orduda “dedovşina” nəticəsində ölüm halları da çoxalıb:

“2024-cü ildə məqsədimiz belə halların sayını sıfıra endirmək olacaq. Problemin kökündən həlli üçün yollar axtarırıq və digər səlahiyyətlilərlə əməkdaşlıq edirik”.

Papikyan hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olmasını ciddi problem adlandırıb:

“Eyni zamanda, yol-nəqliyyat hadisələri nəticəsində də hərbi qulluqçular arasında itkilərimiz çoxdur. Belə ki, 2023-cü ildə 12 hərbi qulluqçu belə hadisələr zamanı həyatını itirib. 2022-ci ildə isə bu rəqəm 17 olub”.

Əliyar Xəlil

Globalinfo.az