Cahangir Əsgərov işdən çıxarıldı – AZAL-ın prezidenti vəzifəsi ona həvalə edildi

19:21

Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilsin”.

Globalinfo.az xatırladır ki, Cahangir Əsgərovun işdən çıxarılacağı ilə bağlı bu ilin əvvəlindən başlayaraq mediada və sosial şəbəkələrdə məlumatlar paylaşılırdı.  Saytımız yazmışdı ki, AZAL-da total yoxlamalar aparılır. Oradakı etibarlı mənbələrə əsasən sözügedən məlumatda qeyd eləmişdik ki, Cahangir Əsgərovun bu illər ərzində yol verdiyi nəhəng yeyintini aşkarlamaq və onun miqyasını müəyyən eləmək üçün bir neçə dövlət qurumu AZAL-da yoxlamalar aparır. Görünür artıq bu yoxlamaların nəticələri bəlli olduğundan Cahangir Əsgərovla bağlı son qərar verilib.