Cadugər parlamentdə işə götürüldü

 

 

Latviya parlamenti cadugəri işə götürüb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Seymin deputatı Natalya Marçenko-Yodko Latviyada tanınmış cadugər Sanita Petereni özünə köməkçi götürüb.

“Cadugər Seymdə ola bilməzmi? İnanıram ki, biz siyasətdə çox vacib və faydalıyıq”, – deyə Petere bildirib.

O əlavə edib ki, Latviyada cadugərlərin çoxu siyasətə yaxındır.

Cadugər Sanita Peterenin Latviyada tanınmış loğman və litoterapevt olduğu vurğulanıb.