boyukfirat ailesi

Xəbər verdiyimiz kimi,  “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, 27 yaşlı Ebrarcan Büyükfıratın meyiti yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binanın qarşısında tapılıb. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Belə ki, Iğdır vilayətinin gəlirlər idarəsinin (xəzinədarlıq) rəhbəri olan A.Büyükfıratın oğlu Mehmet Engin Büyükfırat Adıyaman vilayətinin Samsat qəsəbəsi yaxınlığında baş vermiş ağır qəzada həyatını itirib. Kiçiktutumlu yük maşını ilə minik avtomobilinin toqquşduğu hadisədə daha 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Büyükfırat ailəsi əslən Türkiyənin Şanlıurfa bölgəsindəndir və xeyriyyəçi nəsil kimi də tanınır.

H. Büyükfırat həm də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədridir.

514023979 1110143054499449 7328343002959817672 n

Ebrarcan Büyükfırat

514009045 1110143031166118 3213047919848367668 n

Mehmet Engin Büyükfırat

XzFAvpb2oysUpwlsehtW85wahmSsnayV1iaPplWO 1200

Paylaş: