Buşun adamından Trampa zərbə: Açıqlama yaydı

ABŞ-ın keçmiş vitse-prezidenti, respublikaçı Dik Çeyninin prezident seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyi açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, Corc Buş adminitrasiyasının üzvlərindən olan Çeyninin qərarını mətbuata qızı bildirib.

Onun açıqlaması demokratların mövqeyini dəstəkləməkdən daha çox, Donald Trampa müxalif mövqe kimi dəyərləndirilir.

Çeyninin qızı deyib ki, atası Trampa bir daha hakimiyyət əmənat edilməsinin doğru olmadığını düşünür.

Qeyd edək ki, Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədidir.

Əliyar Xəlil
Globalinfo.az