Bayden və kral Abdullah Fələstini müzakirə edəcək

 

ABŞ Prezidenti Co Bayden və İordaniya kralı II Abdullah İsrail-Fələstin münaqişəsini müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisinin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.

Məlumata görə, fevralın 12-də Ağ Evdə baş tutacaq görüşdə liderlər humanitar yardımın genişləndirilməsi məsələsi də daxil olmaqla, Vaşinqtonun Fələstin xalqını dəstəkləmək səylərini nəzərdən keçirəcəklər:

“Prezident Bayden İordaniya Kralı II Abdullahı və Kraliça Ranianı Ağ Evdə qarşılamağı səbirsizliklə gözləyir.Tərəflər Qəzzadakı mövcud vəziyyəti və böhrana son qoymaq səylərini müzakirə edəcəklər. Eyni zamanda münaqişənin iki dövlət prinsipi əsasında həlli də müzakirə predmeti olacaq”.

Əliyar Xəlil
Globalinfo.az