176138185417881044868fc8dde16259

Süni intellekt (AI) texnologiyalarının tətbiqi Azərbaycanın təhsil sisteminin transformasiyasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O qeyd edib ki, AI-dan istifadə etməyi bacaran tələbələr və vətəndaşlar yeni dövrdə uğur qazanacaqlar.

Nazir müavininin sözlərinə görə, əsas vəzifələrdən biri gənclərdə erkən yaşlardan “soft skills”, kreativ düşüncə və sahibkarlıq ruhunun inkişaf etdirilməsidir.

Paylaş: