Türk ölkəsi vahid saat qurşağına keçdi

Qazaxıstan fevralın 29-dan martın 1-nə keçən gecədən vahid saat qurşağına keçir.

Globalinfo.az xəbər verir ki, bu gecə ölkənin qərb bölgəsi istisna olmaqla, digər ərazilərdə saatlar bir saat geri çəkilir. Beləliklə, ölkə tamamilə qərb hissədə istifadə olunan saat qurşağına keçir.

Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı isə “təcili xətt” yaradılıb.