vuqar bayramov meclis

Ötən əsrin 90-cı illərində AXC-Müsavatın yarıtmaz fəaliyyəti xarici siyasətimizdə ciddi nöqsanlara gətirib çıxartdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi xarici siyasətdə də uğurların əldə edilməsinə, yeni müasir çağırışlara uyğun xarici siyasət istiqamətlərinin müəyyənləşməsinə xidmət etdi. Bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Azərbaycanın əldə etdiyi uğurlar xarici qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Ölkəmizə qərəzli yanaşmalar da bundan qaynaqlanır. Azərbaycan diplomatiyası həmin təzyiqlərə anındaca cavab verib. Əldə etdiyimiz Zəfər regionda yeni reallıqların, düzənin yaranmasına gətirib çıxarıb.

Qarabağ və Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması, ermənilər tərəfindən törədilən dağıntılar, vurulan ziyan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Bu həm də xarici siyasətdə yeni istiqamətlərin müəyyənləşməsinə səbəb oldu. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətdə yeni uğurlara imza atır.

Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq”, – V.Bayramov bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: