Bu şəxslər üçün avtobuslarda yenilik edildi – VİDEO

Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.

Bu barədə Globalinfo.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələylə mümkün olacaq.