Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Globalinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, iyunun 16–19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək:
Təbriz küçəsi (P10640)
İzzəddin Həsənoğlu küçəsi (P11053)
Bülbül prospekti (P90055)
Füzuli küçəsi (P90217)
Zərifə Əliyeva küçəsi (P90242)
Rixard Zorge küçəsi (P98202 və P90202)
Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.