Bu, olmadan iqlim gündəliyini irəli aparmaq mümkün deyil – Nazir

Düzgün maliyyələşdirmə və vəsaitlərin ayrılması olmadan iqlim gündəliyini irəli aparmaq mümkün olmayacaq.

Globalinfo.az bildirir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.

“İqlim gündəliyini inkişaf etdirməklə bağlı çoxsaylı müzakirələr gedir. Artıq çox iş görülüb, amma daha çox iş görməliyik. Ən vacib məsələlərdən biri də təbii ki, maliyyələşdirmədir”, – o bildirib.