hicab

Tacikistan hakimiyyəti hicab, saqqal və ərəb geyimlərinin istifadəsini qanunvericiliklə qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nuz.uz nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Sözügedən geyim və xarici görünüş elementləri ölkənin milli ənənələrinə uyğun gəlməyən atributlar kimi qiymətləndirilib.

Rəsmi qurumlar bu addımları dini radikalizm və ekstremizmlə mübarizə zərurəti ilə izah edirlər.

Bildirilir ki, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri əhali arasında maarifləndirici iş aparır və qadınları ənənəvi tacik milli geyimlərinə üstünlük verməyə çağırırlar.

Eyni zamanda, hüquq-mühafizə orqanları dini ekstremizmlə əlaqələndirilən saqqal saxlayan kişilərə nəzarəti gücləndirib.

Qeyd olunur ki, saqqalın qanunla açıq şəkildə qadağan edilməsinə dair ayrıca norma olmasa da, bu istiqamətdə nəzarət sərtləşdirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: