Almaniyanın Leypsiq şəhərinin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Polisin açıqlamasına görə, şəhərin mərkəzi hissəsində avtomobil yüksək sürətlə piyada zonasına daxil olub.
Yaralıların dəqiq sayı və hadisənin detalları hələlik müəyyən edilməyib.
Hadisə çoxsaylı mağaza və ticarət obyektlərinin yerləşdiyi “Qrimmayşeştrasse” küçəsində baş verib.
Əraziyə polis və təcili yardım qüvvələri cəlb olunub.
Əliyar Xəlil