Burkina Fasoda hökümət 2018-ci ildə ləğv edilmiş ölüm cəzasının bərpası ilə bağlı müzakirələr başladıb.
Globalinfo.az xəbər verir ki, bu barədə keçid parlamentinə müvafiq layihə təqdim etmək və Cinayət Məcəlləsini dəyişmək nəzərdə tutulur.
Bir neçə gün əvvəl ədliyyə naziri Cinayət Məcəlləsinə dəyişiklik ediləcəyini açıqlasa da, konkret tarix və hansı dəyişikliklərin olacağı barədə məlumat verməyib.
Qeyd edək ki, Burkina-Fasoda sonuncu ölüm hökmü 1988-ci ildə icra olunub.