Bu ölkə Avropanın hərbi supergücünə çevrilir – “Politico”

Polşa ordusu hazırda, çox güman ki, Avropanın ən yaxşı ordusu hesab edilir.

Bu barədə Globalinfo.az-a ABŞ-ın nüfuzlu “Politico” nəşrinə istinadən xəbər verir.

“Varşava müdafiə potensialını artırır və çox sayda yeni silah sifariş edir. Bu hamı tərəfindən birmənalı qarşılanmır. Çünki o silahı Koreyadan alır. Bundan əlavə, buna nə qədər ehtiyac olduğu da aydın deyil.

Keçən həftə Polşaya atılan raket iki nəfərin ölümünə səbəb olanda bəzi Avropa liderləri təkcə zərbənin Rusiyadan gələ biləcəyinə görə deyil, həm də ölkənin millətçi hökumətinin hadisəyə gözlənilməz şəkildə reaksiya verə biləcəyindən qorxdular.

Bununla belə, Polşa soyuqqanlılığını itirmədi və təmkin nümayiş etdirdi. O qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirdi və hər şey yoluna düşənə qədər gözləməyə qərar verdi.

Varşavanın bu sakitliyi sadə bir reallığın nəticəsi idi: Polşa indi yəqin ki, Avropanın ən yaxşı ordusuna malikdir və zaman keçdikcə o daha da güclənəcək”, – nəşrdə bildirilib.

Gülnar Səlimova
Globalinfo.az