“Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyadan hərbi üstünlüyə malik olduqlarını bildirsə də, Moskva ilə hərbi qarşıdurma baş verəcəyi təqdirdə Varşavanın iki-üç gün ərzində yox olacağını anlamır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, Polşanın Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulması halında Moskva malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edəcək.
“Sikorskinin Rusiyanın hərbi gücü ilə bağlı qiymətləndirməsi həvəskar yanaşmadır. Biz müharibə zamanı öz potensialımızın heç də hamısından istifadə etmirik”, – deyə rəsmi qeyd edib.
Bundan əvvəl Sikorski hipotetik olaraq Rusiyanın hücumu baş verəcəyi təqdirdə Polşanın kifayət qədər tez qələbə qazana biləcəyini bildirib. Nazir bunu Polşa və müttəfiqlərinin aviasiyada üstünlüyə malik olması ilə izah edib. Onun sözlərinə görə, NATO ölkələrinin sərəncamında minlərlə təyyarə, həmçinin JDAM aviasiya bombaları və JASSM qanadlı raketləri də daxil olmaqla yüksək dəqiqlikli silahlar var.
Əliyar Xəlil
Globalinfo.az