Bu Komissiyanın sədri dəyişdi – Prezidentdən FƏRMAN

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın sədri dəyişib.

Globalinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb.

Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.

Xatırladaq ki, bundan əvvəl Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında olub. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.