Bu instituta yeni direktor təyin edildi – FOTO

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Globalinfo.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mətanət Tələt qızı Əfəndiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətanət Əfəndiyeva 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin tibb və profilaktika fakültəsini bitirib. 30 ildən çox elmi və praktik iş təcrübəsi var. O, təcili yardım şöbəsində həkim kimi tibbi fəaliyyətə başlayıb. Bundan sonra Səhiyyə Nazirliyinin Qastroenterologiya Tədqiqat İnstitutunda və sonra Səhiyyə Nazirliyinin tibbi bərpa və kurortologiya üzrə Rusiya Elmi Mərkəzinin qastroenterologiya şöbəsinin müdir müavini kimi çalışıb. 2004-cü ildən Səhiyyə Nazirliyində “Tibbi bərpa və kurortologiya üzrə Rusiya elmi mərkəzi”nin elmi-tədqiqat və kliniki-təcrübi işlər üzrə reabilitasiya kompleksinin baş həkim müavini, 2015-ci ildən Milli İdman Tibb və Reabilitasiya İnstitutunun direktor müavini kimi fəaliyyətə başlayıb.