Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hazırda mürəkkəb vəziyyətlə üzləşdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Fidan ABŞ-da İranın xarici işlər naziri Abbas Əraqçi və amerikalı rəsmilərlə görüşlər keçirdiyini, danışıqlar zamanı Tehranın təqdim etdiyi təkliflər paketi ilə bağlı fikir mübadiləsi apardıqlarını deyib.
Türkiyəli nazirin sözlərinə görə, görüşlərdə İranın təklifləri, eləcə də Hörmüz boğazının mümkün qədər tez açılması ilə bağlı şərtlər müzakirə olunub.
“İran həqiqətən çətin vəziyyətdədir. Sanksiyalar, müharibə təhdidi, hücumlar və hərbi əməliyyatlar var. Bununla yanaşı, İranın ortaya qoyduğu müəyyən mövqelər də mövcuddur”, – deyə Fidan bildirib.
O qeyd edib ki, müzakirələr zamanı mövcud vəziyyətin necə idarə oluna biləcəyi, sülhə mümkün qədər qısa müddətdə nail olmaq və münaqişənin regiona daha geniş yayılmasının qarşısını almaq məsələləri də diqqət mərkəzində olub.
Tahir Turan
Globalinfo.az