Globalinfo.az-ın xəbərinə görə, bu barədə CNN-ə ABŞ rəsmisi məlumat verib.
Onun sözlərinə görə, ABŞ İranla vasitəçilər üzərindən müsbət və konstruktiv müzakirələr aparır. Rəsmi bildirib ki, İranın nüvə proqramı ilə bağlı məsələlər həll olunmadan tərəflər arasında razılaşmanın əldə edilməsi mümkünsüzdür.
Tramp bir gün əvvəl Axios-a açıqlamasında İranla danışıqların bu həftə də davam edəcəyinə ümid bəslədiyini bildirib.
ABŞ tərəfindən danışıqlarda xüsusi nümayəndə Stiv Uitkoff, Jared Kuşner, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edir.
ABŞ rəsmisinin sözlərinə görə, İran nüvə proqramı ilə bağlı məsələlərdə müəyyən çeviklik nümayiş etdirməyə hazır olduğunu açıqlayıb. Bununla belə, tərəflər qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi müddətləri ilə bağlı hələ razılığa gələ bilməyiblər.
Əliyar Xəlil