1741724329 kreml mosc

Rusiya Prezidenti Vladimir Putin yanacaq-energetika kompleksi sahəsində bəzi məlumatlara çıxışın məhdudlaşdırılmasını nəzərdə tutan fərman imzalayıb.

Globalinfo.az bildirir ki, Rusiya mediasının yazdığına görə, sənəddə bu addım ABŞ və ona qoşulan xarici dövlətlərin və beynəlxalq təşkilatların dost olmayan və beynəlxalq hüquqa zidd hərəkətlərinə cavab kimi əsaslandırılıb.

Məhdudiyyətlərə ixrac olunan məhsulların adı, həcmi, qiyməti, satıcı və alıcıları, daşınma marşrutları, nəqliyyat vasitələri, konteyner nömrələri, gömrük sənədləri və digər məlumatlar daxildir.

Həmçinin Rusiya neft emalı zavodlarının istehsal və emal, benzinin və dizel yanacağının planlaşdırılan satış həcmləri, eləcə də birjada bağlanan satış müqavilələri barədə məlumatların açıqlanması müəyyən hallarda məhdudlaşdırılacaq.

Fərmandan irəli gələn qadağa yalnız dövlət qurumlarına deyil, mediaya və internetdə yayımlanan məlumatlara da şamil olunacaq. İstisna yalnız məhsul istehsalçısı və ya ixracatçı şirkətin öz yaydığı məlumatlara aiddir.

Qadağanın tətbiq ediləcəyi konkret məhsulların siyahısını isə Rusiya hökuməti 10 gün ərzində müəyyən etməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: