Bu gündən Xankəndidə yeni qayda tətbiq olunur – FOTO

Xankəndidə çörəyin talonla paylanılmasına start verilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Bildirilir ki, separatçılar talon əsasında bir nəfər üçün təxminən 200 qram çörək ala biləcəklər.

Talonların bu gündən paylanacağı, çörəyin isə sabahdan veriləcəyi qeyd edilib.

Xatırladaq ki, Azərbaycan Qarabağdakı ermənilərə 40 ton humanitar yardım göndərib. Lakin separatçı rejim bu yardımın erməni əhaliyə çatmasının qarşısını alır.

Tamerlan Yayaqan
Globalinfo.az