Səbət çantaları 2025-ci ildə trendə çevrilib.
Globalinfo.az xəbər verir ki, bu barədə stilist Sarah Korbet Uinder “Guardian”a açıqlamasında deyib.
O bildirib ki, samandan hazırlanan məhsullar birbaşa qadınların şüuraltısı ilə əlaqəlidir:
“Həmin çantalar xanımlara bir növ qayğısız vaxtları xatırladır. Buna görə də sözügedən aksesuar yenidən populyarlaşıb”.
Moda tarixçisi Toni Qlinvel isə qeyd edib ki, səbət çantaların mövsümi xarakter daşıması onun lehinədir:
“Amma bu aksesuarlar, həm də piknik üçün əla seçimdir”.
Leyla Əlisoy
Globalinfo.az