Putin yenə Tokayevin atasının adını səhv dedi

Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstana səfər edib və burada ölkə prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, 19-cu Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı Putin yenə də Qazaxıstan prezidentinin ata adını düzgün tələffüz edə bilməyib.

Putin və Tokayev Kostanayda keçirilən Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasına videobağlantı vasitəsilə qoşulublar.

Çıxışının əvvəlində Putin Tokayevin adını və atasının adını düzgün tələffüz edib – Kasım-Jomart Kemeleviç.

Sonra Rusiya prezidenti 2022-ci ildə Qazaxıstanla qarşılıqlı ticarətdən danışıb və Tokayevin atasının adını səhv deyib.

“Regionların birbaşa fəal iştirakı ilə 2022-ci ildə Qazaxıstanla qarşılıqlı ticarət dövriyyəmiz 10%-dən çox artıb. Burada Kasım-Jomart Kelemoviç dedi ki, bu, 27 milyard, bizim statistikaya görə – 28,2 milyard dollardır”, – Putin bildirib.

Qazaxıstan mediası diqqəti Putinin Tokayevin atasının adını yenə səhv tələffüz etməsinə yönəldib.