Bu ərazilərə leysan yağıb, dolu düşüb – VİDEO / YENİLƏNİB

İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.

***21:43

İyunun 1-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Göygöl, Gədəbəy, Gəncə, İsmayıllı, Xınalıq, Qusar, Qəbələ, Oğuz, Şəki, Quba, Xaltan, Qrız, Şahdağ, Neftçala, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Oğuz rayonunun Filfilli kəndinə saat 19:30-19:50 radələrində, Qəbələ rayonunun Bulud kəndinə isə saat 19:30-20:20 radələrində diametri 25-30 mm olan dolu düşüb.

Cənub-qərb küləyi arabir Ağdamda 20 m/s, Daşkəsən, İsmayıllıda 18 m/s-dək güclənib.

***19:07

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9 mm, Zəngilan rayonun dağlıq ərazilərinə diametri 5-6 mm, saat 17:35 adələrində Oğuz rayonun Başdaşağıl kəndinə leysan yağışla birlikdə diamteri 25-30 mm, Laçın rayonun Qorçu kəndinə dolu düşüb.

Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib.

***18:35

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Baş Daşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.